Türkiyə kənd təsərrüfatında ən yüksək yanvar ayı ixracatı

Kənd təsərrüfatında fəaliyyət göstərən 10 sektordan 6-sı ixrac rekordları qırıb...

1942112
Türkiyə kənd təsərrüfatında ən yüksək yanvar ayı ixracatı

 

  Türkiyədə kənd təsərrüfatı sektoru 2 milyard 875 milyon dollarla bütün zamanların ən yüksək yanvar ayı ixracatına nail olub.

  2023-cü ilin yanvar ayında bir əvvəlki ilin eyni dövrünə görə 12,8 faiz artan kənd təsərrüfatı ixracatı Türkiyənin ümumi ixracat satışlarında 14,8 pay alıb.

  Kənd təsərrüfatında fəaliyyət göstərən 10 sektordan 6-sı ixrac rekordları qırıb:

·        taxıllar, paxlalılar, yağlı toxumlar və məmulatlar 989 milyon 465 min dollar,

·        mebel, kağız və meşə məhsulları 626 milyon 716 min dollar,

·        təzə meyvə və tərəvəzlər 325 milyon 101 min dollar,

·        quru meyvələr və məhsullar 128 milyon 117 min dollar,

·        zeytun və zeytun yağı məhsulları 119 milyon 781 min dollar və

·        dekorativ bəzək məhsulları 13 milyon 964 min dollar  

olmaqla bütün zamanların ən yüksək yanvar ayı ixracatı əldə edilib.

  Kənd təsərrüfatında rekord qıran sektorlarda İraq, Rusiya, Almaniya, İspaniya və Hollandiya ön plandadır.

  İraqa 164 milyon 32 min dollarlıq taxıl, paxlalı bitkilər, yağlı bitkilər və məhsullar, 76,3 milyon dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edilib.

  Təzə meyvə-tərəvəz sektoru Rusiyaya 102,9 milyon dollarlıq satılıb.

  Almaniyaya 16,8 milyon dollarlıq quru meyvə və məhsulları, İspaniyaya 45,1 milyon dollarlıq zeytun və zeytun yağı, Hollandiyaya 3,8 milyon dollarlıq dekorativ məhsullar ixrac edilib.



Әlaqәli Xәbәrlәr