Amazon 18 min işçisini ixtisar edir

Onlayn ticarət bazarının nəhəng şirkəti Amazon 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb.

1928328
Amazon 18 min işçisini ixtisar edir

TRT xəbər verir ki, bu barədə Amazon-un baş icraçı direktoru (CEO) Andy Jassy açıqlama verib. Şirkətin 18.000-dən çox işçini ixtisar etməyi planlaşdırdığını ifadə edən Jassy bəzi bölmələrin ixtisarlardan təsirlənəcəyini, ​​işdən çıxarılanlara təzminat və müvəqqəti tibbi sığorta haqlarının ödənilməsi kimi bir sıra dəstəyin olacağını qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayında şirkət kütləvi ixtisarlara başlayacağını elan edib.

2022-ci ilin sentyabr ayına olan məlumata görə, Amazon-un milyon yarım işçisi var.


Etiketlәr: #Amazon şirkəti

Әlaqәli Xәbәrlәr