Müqavilə Rusiyanı Pakistanın ən böyük buğda tədarükçüsü edir

Pakistanın “Doon” qəzeti xəbər verir ki...

1915866
Müqavilə Rusiyanı Pakistanın ən böyük buğda tədarükçüsü edir

 

  Pakistan hökuməti yanında fəaliyyət göstərən iqtisadi əlaqələndirmə komitəsi milli ticarət korporasiyasının Rusiyadan 450 min ton buğda almasına razılıq verib.

  Pakistanın “Doon” qəzeti xəbər verir ki, qərar komitənin maliyyə naziri İshaq Darın sədrliyi ilə keçirilən iclasında qəbul edilib. Taxılı Rusiyanın beynəlxalq sanksiyalar altında olmayan xarici ticarət birliyi tədarük edəcək. Pakistan buğdanın hər tonu üçün 372 dollar ödəyəcək. Tədarüklər 2023-cü il fevralın 1-dən martın 31-dək həyata keçiriləcək.

  Bu sövdələşmə Rusiyadan Pakistana taxıl ixracının ümumi həcmini 750 min tona çatdıracaq. Müqavilə həmçinin Rusiyanı Pakistanın ən böyük buğda tədarükçüsü edir.



Әlaqәli Xәbәrlәr