Rusiya iqtisadiyyatında tənəzzül davam edir

Rusiya iqtisadiyyatı bu ilin üçüncü rübündə ötən  ilin müvafiq dövrünə  müqayisədə öz yerini 4% tənəzzülə verib.

1907276
Rusiya iqtisadiyyatında tənəzzül davam edir

Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci  ilin  üçüncü rübünün ümumi daxili məhsulu məlumatlarını açıqlayıb.

Bildirilir  ki, bu ilin ikinci rübündə əvvəlki ilin  müvafiq    dövrünə    müqayisədə   4,1% kiçilən  Rusiya iqtisadiyyatı üçüncü rübdə 4% kiçilib. Beləliklə iki rüb ardıcıl    kiçilərək   tənəzzül  seviyyəsinə   daxil  oldu. 

Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının bu il 2,9 faiz kiçiləcəyini  proqnozlaşdırılır.  Baxmayaraq ölkənin Mərkəzi Bankı iqtisadiyyatın 3-3,5 faiz azalacağını gözləyir.

Qeyd  edək  ki, Ukraynada fevralın 24-dən davam edən müharibəyə görə Qərb ölkələr Rusiyaya, xüsusilə enerji və maliyyə sektoruna qarşı hərtərəfli sanksiyalar tətbiq edir.



Әlaqәli Xәbәrlәr