Sarayevoda yeni tramvay xəttinin tikintisini Türkiyenin iki şirkəti öz üzərinə götürüb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeni tramvay xəttinin tikintisini Türkiyenin iki şirkəti öz üzərinə götürüb.

1881905

Sarayevoda mövcud 22,9 kilometrlik Başçarşı-İlidza tramvay xəttinə əlavə olaraq çəkilməsi planlaşdırılan 12,9 kilometr uzunluğundakı İlidza-Hrasnica xəttini 2 türk şirkəti inşa edəcək.

Sarayevo Kantonunun Nəqliyyat Nazirliyindən verilən açıqlamada tramvay xəttinin tikintisi ilə bağlı tenderin tamamlandığı və xəttin iki müvəffəqiyyətli türk şirkəti tərəfindən inşa ediləcəyi bildirilib.

Açıqlamada Sarayevo Kantonunun Nəqliyyat Naziri Adnan Setanın şirkət səlahiyyətliləri ilə görüşdüyü və Setanın "Hrasnicaya gedən tramvay xətti artıq əfsanə deyil. Bu, Sarayevo üçün böyük bir layihədir" ifadəsi yer alıb.

Sarayevonu başdan-başa birləşdirəcək tramvay xətti mövcud İlidza dayanacağından davam etmək üçün tikiləcək. Yeni xəttin uzunluğunun 12,9 kilometr olduğu bildirilərkən, xətdə 20 dayanacaq və 2 dönüş nöqtəsinin inşa ediləcəyi qeyd edilib.

Әlaqәli Xәbәrlәr