Kişmiş istehsalı və ixracında dünya lideri

Ege İxracatçı Birlikləri tərəfindən verilən məlumata görə...

1881318
Kişmiş istehsalı və ixracında dünya lideri

 

  Kişmiş istehsalı və ixracında dünya lideri olan Türkiyə 2021-2022-ci illər mövsümündə 252 min 354 ton toxumsuz kişmiş ixrac edib.

  Ege İxracatçı Birlikləri tərəfindən verilən məlumata görə, 2021-2022-ci illər mövsümündə toxumsuz kişmiş ixracatı 99 ölkəyə çatıb.

  Türkiyə 1 sentyabr 2021 - 31 avqust 2022-ci il tarixlərini əhatə edən dövrdə əvvəlki mövsümə görə miqdar bazda 13 faiz artım təmin edərək 252 min 354 ton kişmiş ixrac edib.

  İxrac dəyər əsasında 3 faiz artaraq 441 milyon 862 min dollarlıq olub.



Әlaqәli Xәbәrlәr