İki ölkə Rusiyadan Pakistana qaz kəməri inşası ilə bağlı razılığa gəliblər

“The Frontier Post” qəzeti xəbər verir ki...

1881224
İki ölkə Rusiyadan Pakistana qaz kəməri inşası ilə bağlı razılığa gəliblər

 

  Rəsmi İslamabad və Ankara Rusiyadan Pakistana qaz kəmərinin inşası üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.

  “The Frontier Post” qəzeti xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bununla bağlı razılıq əldə olunub.

  Hər iki ölkə başçısı bir sıra irimiqyaslı layihələrin, o cümlədən qaz tədarükünə yönələn layihələrin həyata keçirilməsində əməkdaşlığa dair razılığa gəliblər.

  Qeyd edək ki, sentyabrın 15-də Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsindən Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistana qaz kəmərinin çəkilməsinin perspektivləri barədə danışıb.



Әlaqәli Xәbәrlәr