"İstanbul City Card" ilə turistlər İstanbulu artıq daha rahat gəzə biləcəklər

"İstanbul City Card" (İstanbul şəhər kartı) sentyabrın 1-dən iki fərqli xidmət variantı ilə səlahiyyətli satış nöqtələrində təqdim olunacaq.

1874160
"İstanbul City Card" ilə turistlər İstanbulu artıq daha rahat gəzə biləcəklər

Dünyanın ən çox gəzilən 10 şəhərindən biri olan İstanbula gələn turistlər üçün istifadəyə verilən "İstanbul City Card" (İstanbul şəhər kartı) sentyabrın 1-dən iki fərqli xidmət variantı ilə səlahiyyətli satış nöqtələrində təqdim olunacaq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) verdiyi açıqlamaya görə, şəhəri turizmin paytaxtı etmək düşüncəsi ilə başlayan layihə xarici qonaqlara şəhəri asanlıqla gəzib İstanbulu ziyarət etmək imkanı verəcək.

Dünyanın ən mühüm iş və turizm mərkəzlərindən biri olan İstanbulu gəzmək istəyən ziyarətçilərə bələdçi marşrut və bələdçi dəsti ilə təqdim olunacaq “İstanbul şəhər kartı” bir-birindən fərqli dizaynı lə şəhərdən ayrılan turistlər üçün həm də yaddaş kartı olacaq. 

Kartda 1 gündən 15 günə qədər limitsiz nəqliyyat haqqı və turistik avtobus turu imkanı olacaq. “İstanbul City Card” dizaynlı bilet maşınları turistlərin sıx olduğu 30-dan çox nöqtədə yerləşdiriləcək.

Kartı olanlar ilk variantda olan “Hop on-Hop off” xidmətində İBB-in ikimərtəbəli avtobusları ilə İstanbulun ən çox gəzilən yerlərini ziyarət edə biləcəklər. Onlar istədikləri nöqtədə enib növbəti dayanacaqda yeni avtobusla 24 saat səyahətlərinə davam edə biləcəklər.

Digər seçimdə, İstanbulda ictimai nəqliyyatda qeyri-məhdud keçid hüququ təmin edən xidmət növü üstünlük verilən gün sayına görə təklif ediləcək.

Xidmətlərdən istədiyiniz seçimlər turist kartına yüklənə bilər.

"İstanbul City Cart"a yaxın zamanda "Kültür Anonim Şirketi" ilə əlaqəli muzeylərə giriş, Şəhər Xətləri və Boğaziçi turları kimi imkanlar əlavə ediləcək.



Әlaqәli Xәbәrlәr