Fatih Dönmez: "Mədən məhsullarının ixracında yeni rekord qırılacaq"

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyenin mədən məhsullarının ixracında rekord qırıldığını bildirib.

1873332
Fatih Dönmez: "Mədən məhsullarının ixracında yeni rekord qırılacaq"

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyenin mədən məhsullarının ixracında rekord qırıldığını bildirib. 

Nazirliyin məlumatında “Məlumatlar göstərir ki, bu il də mədən məhsullarının ixracında yeni rekord gəlir” ifadəsi yer alıb. 

Nazirlikdən verilən məlumata görə, 2021-ci ildə Cümhuriyyət tarixində rekord qıran və 5,93 milyard dollarlıq ixracata imza atan mədənçıxarma sektoru 2022-ci ilə rekord hədəflə daxil olub.

Yeni bazarlar axtarışlarını davam etdirən və mövcud bazarlara əlavə dəyərli məhsullar ixrac edən sektorda ilin 6 ayında əvvəlki ilin müvafiq  dövrü ilə müqayisədə ixrac 19 faiz artaraq 2 milyard 82 milyon dollardan 3 milyard 36 milyon dollara yüksəlib.

İxracda ilk yeri 713 milyon dollarla Çin, üçüncü yeri 328 milyon dollarla ABŞ, üçüncü yeri isə 214 milyon dollarla Bolqarıstan tutub.

Məhsul əsasında 484 milyon dollarla emal olunmuş mərmər, 306 milyon dollarla blok mərmər və travertin, 301 milyon dollarla sink birinci yeri tutub.

Açıqlamada fikirlərinə yer verilən nazir Dönmez Türkiyenin yeraltı sərvətlərə görə dünyanın qabaqçıl ölkələrindən biri olduğunu bildirib.

Son illərdə Türkiye iqtisadiyyatının böyüməsində ixracın aparıcı rol oynadığını bildirən nazir Dönmez deyib:

"Bizim mədən məhsulları ixracımız da bu lokomotivlər arasında, hətta ön sıralardadır. Keçən il mədən məhsulları ixracda Cümhuriyyət tarixinin rekordunu qırdıq. Məlumatlar göstərir ki, bu il bu sahədə yeni rekord gəlir. Daha bir sevindirici inkişaf odur ki, bu artımda yarımfabrikatlar və hazır məhsulların artımı müşahidə olunur. Əlavə dəyərli məhsulların ixracını daha da artırmaqla ölkəmizə daha çox valyuta qazandıracağıq”.

Nazir Dönmez yeraltı sərvətləri təbiətə və ətraf mühitə zərər vermədən iqtisadiyyata qazandırmaq üçün çalışdıqlarını bildirib:

"Hər zaman dediyimiz kimi. Nə ətrafımızdan, nə də mədənlərimizdən imtina edirik. Ona görə də ətraf mühitə hörmət edən, ətraf mühitə həssas olan milli mədən siyasəti ilə hərəkət etməyə davam edəcəyik".



Әlaqәli Xәbәrlәr