Bodruma iki kruiz gəmisi ilə 2217 sərnişin gəlib

İtaliya bayraqlı "Costa Venezia" və Marşal adaları bayraqlı "Seven Seas Explorer" adlı iki kruiz gəmisi 2217 sərnişini Türkiyenin Muğla vilayətinin Bodrum rayonuna gətirib.

1871935

Bodrum Kruiz Limanına yanaşan və İzmir Limanından gələn 323 metrlik "Costa Venezia"da 1634 italiyan, ispan və alman sərnişin və 1009 personal var.

Heraklion limanından gələn 224 metr uzunluğundakı "Seven Seas Explorer"də isə 583 amerikalı və ingilis sərnişin ilə 307 personal səyahət edir.

Gömrük prosedurlarından sonra gəmilərdən enən sərnişinlər Bodrum turuna çıxıb və tarixi yerləri gəziblər.

Әlaqәli Xәbәrlәr