Maşın ixracında artım qeydə alınıb

Türkiyenin maşın ixracı ilin ilk 7 ayında ötən ilin müvafiq dövrünə  müqayisədə 7,7% artaraq 14,2 milyard dollara çatıb.

1869549
Maşın ixracında artım qeydə alınıb

Maşın İxracatçıları Birliyinin (MAİB) hesabatına görə Türkiyenin maşın ixracında artım davam edir. Yanvar-iyul aylarında maşınqayırma sənayesinin ixracı 14,2 milyard dollara çatıb. İxracda əvvəlki ilin müvafiq dövrünə  müqayisədə 7,7 faiz artım qeydə  alınıb.

Bildirilir ki, Türkiyenin  ən çox maşın ixrac etdiyi  ölkələr arasında  Almaniya və Amerika Birləşmiş Ştatları ilk  sırada  qərarlaşdıqda, Türkiyedən Rusiyaya maşın ixracı da ötən ilə müqayisədə 22,1% artaraq 518 milyon dollara yüksəlib. İtaliya, İngiltərə və Fransaya maşın ixracı 500 milyon dollar həddini ötüb.  



Әlaqәli Xәbәrlәr