ÜTT-nin Nazirlər Konfransında islahatlar məsələlərinə dair razılıq əldə edilib

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ölkələr İsveçrənin Cenevrə şəhərində keçirilən 12-ci Nazirlər Konfransında islahatlar məsələlərinə dair razılıq əldə ediblər.

1844843

Bağlanış sessiyasından sonra keçirilən mətbuat konfransında çıxış edən ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala bildirib ki, iştirakçı nazirlər əvvəllər heç vaxt görülməmiş razılaşmalar əldə ediblər:

“ÜTT uzun müddətdir ki, belə əhəmiyyətli sayda çoxtərəfli nəticələrin şahidi olmayıb”. 

ÜTT-nin saytında dərc olunmuş 12-ci Nazirlər Konfransının nəticələrinə əsasən, iştirakçı üzvlər həddindən artıq balıq ovunun qarşısını almaq üçün 20 ildən artıqdır ki, danışıqlar aparan balıq ovu subsidiyalarının azaldılması barədə razılığa gəliblər.

Üzv ölkələr həmçinin qlobal miqyasda yeni növ koronavirus (Covid-19) peyvəndlərinə bərabər çıxış üçün vaksinlərin patent hüququndan müvəqqəti imtina etməyə razılaşıblar.

Ərzaq təhlükəsizliyi ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi, kommersiya məhsullarının elektron daşınması üçün gömrük rüsumlarının borclarının daha 2 il müddətinə təxirə salınması, gələcək qlobal epidemiyalara qarşı mübarizədə əməkdaşlıq razılaşdırılan məsələlər sırasında olub.

Әlaqәli Xәbәrlәr