ABŞ prezidenti neft şirkətlərini hasilatı artırmağa çağırdı

C.Bayden ölkənin ən böyük neft tədarükçüləri olan “Exxon Mobil”, “Chevron”, BP və “Shell” kimi şirkətlərə məktub göndərərək bildirib...

1844216
ABŞ prezidenti neft şirkətlərini hasilatı artırmağa çağırdı

 

  ABŞ prezidenti Co Bayden ölkədə benzinin rekord qiymət artımını həll etmək üçün neft şirkətlərini hasilatı artırmağa çağırıb.

  C.Bayden ölkənin ən böyük neft tədarükçüləri olan “Exxon Mobil”, “Chevron”, BP və “Shell” kimi şirkətlərə məktub göndərərək bildirib: “Rusiya-Ukrayna müharibəsi başlanandan bu yana ölkədə benzin qiymətləri orta hesabla 1,70 dollar artıb. Amerika xalqına yaşatdığı maliyyə çətinliklərinə görə Rusiya prezidenti Vladimir Putin məsuliyyət daşıyır.

  Bu şəraitdə neft emalı zavodları da mənfəət üçün qiymətləri artırınca xalq üzərində iqtisadi təzyiq böyüyür.

  Şirkətlərinizin hələ də neft, dizel və digər neft emalı zavodları məhsullarının istehsalı artırmaq üçün təcili addımlar atmaq inkanı var.

  Neft emalı zavodları güclərini çoxaltmaq üçün tezliklə bütün federal səlahiyyətlərindən üçün istifadə etməlidir”.



Әlaqәli Xәbәrlәr