İordan çayının qərb sahilindən gələn qida məhsullarında istehsal yerinin göstərilməsi tələb olunub

Bu barədə Norveç hökumətinin bəyanatında belə deyilir...

1841767
İordan çayının qərb sahilindən gələn qida məhsullarında istehsal yerinin göstərilməsi tələb olunub

 

  İstehlakçıları yanıltmamaq üçün Norveç İsrailin işğalı altında olan İordan çayının qərb sahilindən gələn qida məhsullarının etiketlərində istehsal yerinin göstərilməsini tələb edib. Bu barədə Norveç hökumətinin bəyanatında belə deyilir: “İsrailin işğal etdiyi ərazilərdən gələn ərzaq məhsulları istehsal yeri ilə qeyd olunmalıdır. Etiketlərdə “qeyri-qanuni məskunlaşma yerlərində istehsal edildiyi” ifadəsi işlədilməlidir”.

  Bəyanatda qeyd olunub ki, İsrailin işğal etdiyi ərazilərdəki qeyri-qanuni yaşayış məntəqələrindən qida məhsullarının ayrıca etiketlənməsi tələbi istehlakçıların qidanın mənşəyi ilə bağlı etiketlənməməsi ilə yanlış yanıltmalarının qarşısını alacaq.

  İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Norveç hökumətinin bu qərarı pislənilib.

  Norveç İsrailin Qolan, Qəzza, Şərqi Qüds və İordan çayının qərb sahilində İsrail tərəfindən işğal edilmiş yaşayış məntəqələrini beynəlxalq hüquqa zidd hesab edir.

  Avropa Ədalət Məhkəməsi qərar verib ki, İsrailin İordan çayının qərb sahilindən və 1967-ci ildə işğal olunmuş ərazilərindən Avropa İttifaqına (Aİ) idxal edilən ərzaq məhsulları xüsusi olaraq etiketlənməlidir.



Әlaqәli Xәbәrlәr