Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

Türkiyənin çay ixracı cari ilin yanvar-may dövründə 15% artıb.

1839141
Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

TRT xəbər verir ki, Şərqi Qara Dəniz İxracatçılar Birliyi (DQİB) İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bu barədə məlumat yayıb. Bildirib ki, yanvar-may aylarında 2982 ton çay ixrac edilərək 9 milyon 801 min 535 dollar gəlir əldə edilib.

Gürdoğanın sözlərinə görə ən çox çay ixrac edilən 3 ölkə Belçika, Almaniya və Böyük Britaniya olub. 2 milyon 237 min 680 dollarlıq ixrac həcmi ilə Bekçika ilk sırada iştirak edib. Bu ölkəni 1 milyon 484 min 780 dollara Almaniyaya, 1 milyon 248 min 404 dollarla isə Böyük Britaniya izləyib.

Gürdoğan həmçinin qeyd edib ki, 2022-ci ildə keçən ildən fərqli olaraq Macarıstan, Fil Dişi Sahili, Kamerun, Ekvatorial Qvineya, Qambiya, Keniya, Estoniya, Çexiya və Mayottaya da çay ixrac etdiyimiz ölkələr arasına daxil edilib.



Әlaqәli Xәbәrlәr