Kapadokya bölgəsinə turist axını artaraq davam edir

YUNESKO-nun (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Ümumdünya Mədəni İrs Siyahısına daxil olan turizm cənnəti Kapadokya ilin ilk 5 ayında 1 milyondan çox ziyarətçi qəbul edib.

1838281
Kapadokya bölgəsinə turist axını artaraq davam edir
kapadokya2.jpg
kapadokya1.jpg
kapadokya.jpg

Nevşehir Valiliyinin açıqladığı hesabatda bu barədə məlumat verilib. Bildirilib ki, qayaya oyulmuş tarixi tikililər, təbii, tarixi və mədəni abidələr, yeraltı şəhərləri ilə yerli və xarici turistlərin diqqətini cəlb edən Kapadokya 5 ay ərzində 1 milyon 30 min 491 turistə ev sahibliyi edib. Bu da son üç ilin rekordu hesab edilir.



Әlaqәli Xәbәrlәr