Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı rəsmi qərarın yer aldığı yeni sanksiyalar paketini təsdiqləyib.

1836911
Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı rəsmi qərarın yer aldığı yeni sanksiyalar paketini təsdiqləyib.

Aİ-nin növbəti sədri Fransanın rəsmi sosial media hesabında verdiyi açıqlamada üzv ölkələrin nümayəndələrinin Lüksemburqda keçirilən toplantısında Rusiyaya qarşı 6-cı sanksiya paketinin təsdiqləndiyi bildirilib.

Paketə əsasən, Ukraynaya fevralın 24-də başlayan hücumlarda rolu olan bəzi rusiyalı məmurların, oliqarxların və ailə üzvlərinin aktivləri dondurulacaq. Bu şəxslərə səyahət qadağası qoyulacaq.

Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa qoyulacaq və ilin sonuna kimi Rusiyanın neft idxalı 92 faiz azalacaq. Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsi də qadağan olunacaq.

Rusiyanın 3 bankı, o cümlədən Sberbank və Belarus bankı SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılacaq.

Rusiyaya ixrac qadağasının əhatə dairəsi genişləndiriləcək.

Təbliğat fəaliyyəti ilə məşğul olan 3 Rusiya KİV-inə yayım qadağası qoyulacaq.

Rusiyanın müşavirlik xidmətlərinə çıxışı kəsiləcək.

Qeyd edək ki, Aİ istehlak etdiyi neftin təxminən 25 faizini Rusiyadan idxal edir.

Aİ-nin Rusiyadan neft idxalının üçdə ikisi dəniz, üçdə biri isə boru kəmərləri vasitəsilə həyata keçirilir.

Aİ Komissiyası ötən ay 6-cı sanksiya paketini hazırlayıb.

Xatırladıq ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücuma keçib, ardınca Moskva administrasiyasına qarşı bir sıra sanksiyalar tətbiq edilib.



Әlaqәli Xәbәrlәr