“Biz təxminən 2 il çox çətin vəziyyətdə yaşayacağıq”, A.Kudrin

Bir müddət Rusiyada maliyyə naziri vəzifəsini icra etmiş A.Kudrin Rusiya Hüquq Şurasındakı çıxışında ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edərək deyib...

1819395
“Biz təxminən 2 il çox çətin vəziyyətdə yaşayacağıq”, A.Kudrin

 

  Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin Rusiya iqtisadiyyatında böhranın 2009-cu ildən və yeni növ koronavirus (Covid-19) epidemiyası dövründən daha böyük olduğunu bildirib.

  Bir müddət Rusiyada maliyyə naziri vəzifəsini icra etmiş A.Kudrin Rusiya Hüquq Şurasındakı çıxışında ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edərək deyib: “Rusiya iqtisadiyyatı çətin bir dövrdən keçir.

  Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, 2022-ci ilin sonunda ölkə iqtisadiyyatı 12,4 faiz kiçiləcək. Əsas proqnozlara görə, inflyasiya 20,7 faiz səviyyəsində olacaq".

  İqtisadiyyatda ciddi qeyri-müəyyənliklər var. Bu böhran 2009-cu ildən və epidemiya dövründən daha böyükdür. Biz təxminən 2 il çox çətin vəziyyətdə yaşayacağıq.

  Rusiya hökuməti iqtisadiyyatı dəstəkləmək üçün strateji qərar verib. Hökumət bu il büdcə qaydası tətbiq etməyəcək. Bu da o deməkdir ki, neft və qazdan əldə edilən bütün əlavə gəlirlər Milli Rifah Fonduna köçürülmək əvəzinə xərclənəcək. Hesablamalara görə, 6,3 trilyon rubl (təxminən 84 milyard dollar) iqtisadiyyatı dəstəkləmək üçün xərclənməlidir”.



Әlaqәli Xәbәrlәr