Türkiyənin oyun sənayesindəki payı artıb

Türkiyənin oyun sənayesindəki payı 1 milyard 200 milyon dollara yüksəldi.

1817603
Türkiyənin oyun sənayesindəki payı artıb

Türkiyənin oyun sənayesindəki payı 1 milyard 200 milyon dollara yüksəldi.

"Gaming in Turkey Oyun və Esport" agentliyinin baş icraçı direktoru (CEO) Ozan Aydemir "Gaming in Turkey" tərəfindən nəşr olunan Türkiyə Oyun Sənayesi 2021 Hesabatı ilə bağlı verdiyi açıqlamada 2018-ci ildə ümumi qlobal bazarın 138 milyard dollar olduğu ikən,  bu rəqəmin 2019-cu ildə 152 milyard dollara yüksəldiyini qeyd edib.

Yeni növ koronavirus (Covid-19) epidemiyası və bağlanmaların ardığı 2020-ci ildə qlobal oyun bazarının həcminin 177 milyard dollara yüksəldiyinə diqqət çəkən Aydəmir "Bu, əslində bizim gözləntilərimizdən xeyli yüksək rəqəm idi. 2021-ci ildə bu rəqəm 176 milyard dollar olaraq qeyd edildi" deyib.

Ozan Aydemir Türkiyənin 2018-ci ildə oyun sənayesində 853 milyon dollarlıq bazar payına sahib olduğunu vurğulayıb:

"2020-ci ildə gəlirimiz 880 milyon dollara yüksəldi. 2021-ci ildə bu rəqəm 1 milyard 200 milyon dollara yüksəldi".

Türkiyənin oyun şirkətlərinin 2020-ci ildə təxminən 2 milyard dollar sərmayə aldığını, 2021-ci ildə isə investisiyaların davam etdiyini bildirən Aydemir deyib ki, bu uğurların təməlindəki şərtlərdən birincisi türk proqramçıların və mobil oyun şirkətlərinin çox uğurlu olmasıdır. Yəni həm trendləri izləyir, həm də oyun istehsalının keyfiyyətini günü-gündən artırırlar”. 

Türk proqram tərtibatçılarının keyfiyyətinin yüksək olduğuna və xaricdəki şirkətlərin də diqqət mərkəzində olduqlarına diqqət çəkən Aydəmir Türkiyədə oyun inkişafı ilə bağlı universitetlərdə keyfiyyətli təhsil verildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr