Türkiyə kilkə balığı ixracından 8,2 milyon dollar qazandı

Türkiyədən 2021-2022 ov mövsümündə kilkə balığı ixracı əvvəlki mövsüm ilə müqayisədə 23 faiz artaraq 8 milyon 267 min 741 dollara çatıb.

1814387
Türkiyə kilkə balığı ixracından 8,2 milyon dollar qazandı

Türkiyədən 2021-2022 ov mövsümündə kilkə balığı ixracı əvvəlki mövsüm ilə müqayisədə 23 faiz artaraq 8 milyon 267 min 741 dollara çatıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarına əsasən, 1 sentyabr 2021-ci il tarixində başlayan və 15 aprel 2022-ci ildə başa çatan balıq ovu mövsümündə 28 ölkəyə 1751 ton kilkə balığı ixrac edilib.

Sözügedən xarici satışdan 8 milyon 267 min 741 dollar gəlir əldə edilib.

Ən çox kilkə balığı ixrac edən ölkələr Fransa, Belçika və Almaniya olub.

Ötən mövsümdən fərqli olaraq, kilkə balığı Rumıniya, Oman, Qətər, Suriya və Keniyaya da satılıb.



Әlaqәli Xәbәrlәr