İlin ilk üç ayında Türkiyədən 42 ölkəyə bal ixrac edilib

2022-ci ilin yanvar-mart aylarında Türkiyədən 42 ölkəyə 4 min 421 ton bal satılıb. Bu ixracdan 11 milyon 302 min 715 dollar gəlir əldə edilib.

1812939
İlin ilk üç ayında Türkiyədən 42 ölkəyə bal ixrac edilib

İlin ilk üç ayında Türkiyədən 42 ölkəyə bal ixrac edilib.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Türkiyədən 42 ölkəyə 4 min 421 ton bal satılıb. Bu ixracdan 11 milyon 302 min 715 dollar gəlir əldə edilib.

Türkiyənin bal ixracında ilin birinci rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə kəmiyyət etibarilə 162 faiz, dəyər baxımından isə 79 faiz artaraq, 1686 ton qarşılığında 6 milyon 327 min 811 dollar gəlir əldə edilib.

Bal ixracında 3 milyon 154 min 930 dollarla Amerika Birləşmiş Ştatları birinci yeri alıb. Bu ölkəni 1 milyon 792 min 468 dollarla Almaniya, 1 milyon 751 min 938 dollarla İspaniya, 1 milyon 351 min 171 dollarla İsrail və 379 min 205 dollarla Polşa izləyib.

Ötən ilin eyni dövründən fərqli olaraq Türkiyə İsrail, Polşa, Kanada, Slovakiya, Bosniya-Herseqovina, Kosovo, Sloveniya, Livan, Yəmən, İraq, İsveçrə, Mavritaniya, Banqladeş, Kabo-Verde və Tayvana da bal satıb.



Әlaqәli Xәbәrlәr