“Balkanların Davosu” üçün iştirakçıların qeydiyyatı başlayıb

Pandemiya ilə bağlı 2 illik fasiləsindən sonra yenidən təşkil olunacaq XI Sarayevo Biznes Forumu (SBF) üçün iştirakçıların qeydiyyatı başlayıb

1811908
“Balkanların Davosu” üçün iştirakçıların qeydiyyatı başlayıb

 

  Pandemiya ilə bağlı 2 illik fasiləsindən sonra yenidən təşkil olunacaq XI Sarayevo Biznes Forumu (SBF) üçün iştirakçıların qeydiyyatı başlayıb.

  Regionun ən böyük biznes və investisiya forumu olan və buna görə də “Balkanların Davosu” adlandırılan forum mayın 11-12-də keçiriləcək. Forum Bosniya və Herseqovina, həmçinin Balkan ölkələrinin biznes və investisiya imkanlarını təqdim etmək üçün regionun və dünyanın ən nüfuzlu iş adamlarını və siyasətçilərini bir araya gətirəcək.

  Builki forumun əsas mövzusu “Region üçün perspektiv” olacaq və Avropa şirkətlərinin öz istehsal sahələrini Cənub-Şərqi Avropa regionuna köçürmək potensialına dair müzakirələr aparılacaq.

  Forumda istehsaldan kənd təsərrüfatına, enerjidən təhsilə, maliyyədən infrastruktura, tikintidən xidmət sektoruna və turizmə kimi bir çox sahədə investisiya layihələri və biznes imkanları təqdim olunacaq. Yeni şirkətlərin yaradılması, gənclərin məşğulluğu, regionun dünya ilə iqtisadi əlaqəsi və sahibkarlığın inkişafı forumun missiyasının əsasını təşkil edir. Forum iştirakçılara digər tərəfdaşlarla əməkdaşlıq qurmaq və yeni investisiyalar üçün imkanlar yaradır.

 



Әlaqәli Xәbәrlәr