2022-ci ildə neftə qlobal tələbatı azalacaq

Bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb

1811520
2022-ci ildə neftə qlobal tələbatı azalacaq

 

  Ukraynadakı hərbi əməliyyatlar və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

  Bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Proqnoza görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5 milyon barrel olacaq.

  Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr