Misir və Aİ təbii qaz sahəsində əməkdaşlığı gücləndirir

Misir və Avropa İttifaqı (Aİ) Rusiya qazına alternativ tapmaq çərçivəsində təbii qaz sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

1810120
Misir və Aİ təbii qaz sahəsində əməkdaşlığı gücləndirir

Misir və Avropa İttifaqı (Aİ) Rusiya qazına alternativ tapmaq çərçivəsində təbii qaz sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Misir Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Samih Şükri Qahirəyə səfər edən Avropa Komisiyasının Avropa Yaşıl Sazişi üzrə icraçı vise-prezidenti Frans Timmermans və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Misir və Aİ Komissiyasının verdiyi ortaq bəyanatda Rusiya qazına alternativin tapılması çərçivəsində təbii qaz sahəsində əməkdaşlığın gücləndirilməsinə dair razılığın əldə edildiyi bildirilib.

“Tərəflər həmçinin mayeləşdirilmiş təbii qaz və yaşıl hidrogen tədarükü sahəsində əməkdaşlığın artırılması, Avropa, Afrika və Körfəz ölkələri arasında hidrogen ticarətini əhatə edən Aralıq dənizi Yaşıl Hidrogen Tərəfdaşlığını inkişaf etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.

Mövcud geosiyasi vəziyyətin təsirinin iqlim hərəkəti istəyini azaltmamasının lazım olduğu ifadə edilən bəyanatda inkişaf etməkdə olan ölkələrə təklif ediləcək maliyyə imkanlarının daralmaması barədə də razılıq əldə edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr