G7 ölkələri Rusiya qazının rublla ödənilməsi tələbini qəbul etməyib

G7 ölkələrinin iqtisadiyyat nazirləri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbini müzakirə ediblər.

1803227
G7 ölkələri Rusiya qazının rublla ödənilməsi tələbini qəbul etməyib

G7 ölkələrinin iqtisadiyyat nazirləri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbini müzakirə ediblər.

"G7 ölkələri Rusiyanın enerji resurslarına görə rublla ödəniş etmək tələbindən imtina edir".

Bunu Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi federal naziri Robert Habek bu gün Berlində G7 energetika nazirləri ilə virtual görüşdən sonra deyib.

Robert Habek qeyd edib ki, G7-nin bütün nazirləri yekdilliklə bunun müqavilələrin birtərəfli qaydada pozulması olduğunu bildirib və vurğulayıblar ki, bağlanmış müqavilələr etibarlıdır, onlara cəlb olunmuş müəssisələr sazişlərə sadiq qalacaqlar.

O qeyd edib ki, Putinin bizi parçalamaq cəhdi göz qabağındadır: "Ancaq böyük birlik var. Biz bölünməyəcəyik və G7 ölkələrinin cavabı aydındır: müqavilələrə əməl olunacaq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə “dost olmayan dövlətlərə” qaz tədarükünün yalnız rublla hesablanacağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr