Türkiyə çay ixracından 203 milyon 872 min 233 dollar gəlir əldə edib

Türkiyə 2011-2021-ci illər arasında çay ixracından 203 milyon 872 min 233 dollar gəlir əldə edib.

1797318
Türkiyə çay ixracından 203 milyon 872 min 233 dollar gəlir əldə edib

Türkiyə 2011-2021-ci illər arasında çay ixracından 203 milyon 872 min 233 dollar gəlir əldə edib.

Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, 2011-ci ildə 68 ölkəyə 2 min 191 ton çay ixrac edən Türkiyə xarici satışlardan 10 milyon 233 min 528 dollar gəlir əldə edib.

2021-ci ildə Türkiyədən 120 ölkəyə 5 min 500 ton çay satılıb və 19 milyon 575 min 574 dollar gəlir əldə edilib.

Belə ki, Türkiyənin çay ixracı son 10 ildə kəmiyyət etibarilə 15 faiz, dəyər baxımından isə 91 faiz artıb.

Türkiyə 2011-2021-ci illər dövründə 51 min 824 ton çay ixrac edərək, bunun müqabilində 203 milyon 872 min 233 dollar qazanıb.



Әlaqәli Xәbәrlәr