Türkiyә 2022-ci ildә 337 ton kilkә balığı ixrac edib

Bu barәdә Şәrqi Qara Dәniz İxracatçılar Birliyinin İdarә Heyәtinin sәdrinin müavini Әhmәd Hamdi Gürdoğan mәlumat verib.

1795829
Türkiyә 2022-ci ildә 337 ton kilkә balığı ixrac edib

Türkiyә 2022-ci ilin yanvar vә fevral aylarında Belçika başda olmaqla 15 ölkәyә kilkә balığı ixrac edib.

Bu barәdә Şәrqi Qara Dәniz İxracatçılar Birliyinin İdarә Heyәtinin sәdrinin müavini Әhmәd Hamdi Gürdoğan mәlumat verib. Әhmәd Hamdi Gürdoğanın mәlumatına әsasәn, 2022-ci ilin yanvar vә fevral aylarında Türkiyәdәn xarici ölkәlәrә 337 ton kilkә balığı ixrac edilib. Sözügedәn ixracdan 1 milyon 663 min 26 dollar gәlir әldә edilib.Mәlumatda vurğulanıb ki, әn çox ixrac Belçikaya hәyata keçirilib. Belçikaya bu dövrdә 566 min 872 dollar mәblәğindә kilkә balığı ixrac edilib. Belçikadan sonra әn çox ixrac Fransa vә Amerika Birlәşmiş Ştatlarına hәyata keçirilib.Gürdoğan hәmin dövrdә İspaniya, İtaliya, Keniya vә Suriyaya da kilkә balığı satıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr