Sudanda maliyyə sistemi çökdü

Sudanda maliyyə sisteminin çökməsi nəticəsində paytaxt Xartumdakı bazarlarda ərzaq mallarının satışı dayandırılıb. Rəsmi SUNA agentliyi xəbər verir ki, bu ölkənin Mərkəzi Bankı dərman preparatları və taxıl istisna olmaqla, qalan məhsulların pulsuz ödəni

1794492
Sudanda maliyyə sistemi çökdü

 

  Sudanda maliyyə sisteminin çökməsi nəticəsində paytaxt Xartumdakı bazarlarda ərzaq mallarının satışı dayandırılıb.

  Rəsmi SUNA agentliyi xəbər verir ki, bu ölkənin Mərkəzi Bankı dərman preparatları və taxıl istisna olmaqla, qalan məhsulların pulsuz ödənişlə, əsasən mədənlərdə çıxarılan qızılla əldə edilməsinə icazə verib.

  Martın 12-də Sudan funtunun dollar və avroya qarşı 30 faizdən çox dəyər itirməsi ticarət obyektlərinin sahiblərini çıxılmaz vəziyyətə salıb. İndi onlar ərzaq mallarının qiymətini müəyyən etməkdə çətinlik çəkirlər. Qarşıdakı həftədə devalvasiyanın yeni dalğasının gələcəyındən ehtiyat edən tacirlər mağazalarını bağlamağa üstünlük verirlər. Xüsusən, Ramazan ayı ərəfəsində qiymətlərin 50 faizə qədər artacağı ehtimal olunur ki, bu da ölkə əhalisinin aclıq təhlükəsi ilə üzləşməsi deməkdir. Hazırda Sudan Mərkəzi Bankının müəyyən etdiyi kurs (1 dollar = 600 Sudan funtu) real olmadığından, valyutadəyişmə məntəqələri xarici valyutaları, habelə qonşu Misir funtunu daha baha satırlar.

  Qeyd edək ki, Sudanda dərin iqtisadi böhran ötən ilin oktyabrında baş vermiş hərbi çevrilişdən sonra başlayıb. General Əbdülfəttah əl-Burhanın başçılığı ilə mülki hökumətin həbsinin ardından ABŞ və beynəlxalq təşkilatlar bu ölkəyə bütün maliyyə və ərzaq yardımlarını dayandırıb. Birləşmiş Ştatların 700 milyon dollar və Dünya Bankının 500 milyon dollar həcmində iqtisadi yardım paketlərini ləğv etmələri, habelə Beynəlxalq Valyuta Fondunun vəd etdiyi krediti təxirə salması Sudanın onsuz da zəif olan iqtisadiyyatını tamamilə çökdürüb.



Әlaqәli Xәbәrlәr