“Şimal axını-2” qaz kəməri layihəsi həyata keçmir, səbəbi...” Y.Homan

Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Yohen Homan müsahibəsində belə deyib...

1771188
“Şimal axını-2” qaz kəməri layihəsi həyata keçmir, səbəbi...” Y.Homan

 

  Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetinin 31 yanvar sayında “Şimal axını-2” qaz kəməri layihəsinin tezliklə həyata keçirilə bilməsi şübhə altına alınıb.

  Federal Şəbəkə Agentliyinin rəhbəri Yohen Homan müsahibəsində belə deyib: “Bu prosesi hətta Almaniyada törəmə şirkət yaradılması da sürətləndirməyəcək. 2022-ci ilin birinci yarısında Baltik qaz kəməri ilə saziş bağlanması çətin ki, mümkün olacaq. Kəmərin ticarət reyestrində qeydiyyatı baş tutub, lakin sonrakı addımlar hələ də atılmayıb. Şəbəkə Agentliyi bu proseduru dayandırıb və “Şimal axını-2” kəmərinin zəruri sənədlərinin nə vaxt təqdim olunacağını gözləyir. Əgər hər hansı səbəblər üzündən şirkətin sertifikatlaşdırılması baş tutmasa, yəqin ki, məhkəmə iddiası qaldıracağıq. Bütün bunlar illər boyu uzana bilər”.

 



Әlaqәli Xәbәrlәr