Sarp sərhəd-keçid məntəqəsindən ixrac keçən il artıb

Türkiyənin Gürcüstanla sərhədindəki Sarp sərhəd-keçid məntəqəsindən keçən il ixrac əvvəlki il ilə müqayisədə təxminən 69 faiz artıb.

1769266
Sarp sərhəd-keçid məntəqəsindən ixrac keçən il artıb

Türkiyənin Gürcüstanla sərhədindəki Sarp sərhəd-keçid məntəqəsindən keçən il ixrac əvvəlki il ilə müqayisədə təxminən 69 faiz artıb.

Sarp Mülki İdarəsindən alınan məlumatlara görə, keçən il Türkiyənin Qafqaz və Orta Asiyaya açılan Sarp sərhəd-keçid məntəqəsindən cəmi 448 min 145 avtomobil, 205 min 407 giriş və 242 738 çıxış keçib. Bu nəqliyyat vasitələrinin 365 min 340-ı kommersiya məqsədilə giriş-çıxış edən böyük yük və yük avtomobilləri olub.

Artvinin Hopa qəsəbəsindəki Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Osman Akyürek 2021-ci ildə Sarp sərhəd-keçid məntəqəsindən 1 milyard 131 milyon 797 min dollar ixrac reallaşdırıldığını bildirib.

"Əvvəlki illərlə müqayisədə çox ciddi artım var. 2020-ci ildə bu rəqəm 667 milyon dollar olub. Təxminən 69 faiz artım var"- deyə O. Akyürek qeyd edib.

İdxalın isə 130 milyon 834 min dollar olduğunu ifadə edən Akyürek "İqtisadiyyatlarda ixracın idxala nisbəti çox önəmlidir. Sarp sərhəd-keçid məntəqəsindən ixracımız idxalımızdan 90 faiz çoxdur. Bu, iqtisadi göstərici olaraq çox vacibdir" deyib.



Әlaqәli Xәbәrlәr