Prezident Ərdoğan: "Məqsədimiz Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil etməkdir"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident Administrasiyasının Dolmabahçe Ofisində iqtisadçılar və akademiklərlə bir araya gəlib.

1752319
Prezident Ərdoğan: "Məqsədimiz Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil etməkdir"

"Məqsədimiz Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil etməkdir".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident Administrasiyasının Dolmabahçe Ofisində iqtisadçılar və akademiklərlə bir araya gəldiyi toplantıda etdiyi çıxışda deyib.

Türkiyənin ilk dəfə olaraq öz hakimiyyətləri dövründə təxminən 20 illik fasiləsiz inkişaf prosesini yaşadığını vurğulayan Ərdoğan bununla da əsas böyük iqtisadi addımı atmaq üçün lazım olan infrastrukturu əhəmiyyətli dərəcədə tamamlaya bildiklərini söyləyib.

2002-ci ildə hakimiyyətə gələndə ölkənin Beynəlxalq Valyuta Fonduna (BVF) borcunun 23,5 milyard dollar olduğunu vurğulayan Ərdoğan bu borcu 2013-cü ilin may ayında ödəyib bitirdiklərini vurğulayıb.

“Hazırda bizim BVF-yə borcumuz yoxdur və BVF ilə heç bir əlaqəmiz də yoxdur” -deyə dövlət başçısı qeyd edib. 

İqtisadiyyatdakı canlanma ilə Mərkəzi Bankda valyuta ehtiyatının 115 milyard dolları ötdüyünü vurğulayan Prezident Ərdoğan “(Ehtiyatlar) bu sürətlə daha yaxşı vəziyyətdə olacaq. Məqsədimiz ölkəmizi dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil etməkdir” deyib.

Prezident Ərdoğan "Maliyyə hissəsindəki balansı qurduğumuzda qarşıdan gələn yay ayları ilə ölkəmizin tamamilə fərqli iqtisadi mühitə girdiyinin şahidi olacağıq”deyib.



Әlaqәli Xәbәrlәr