İslamabad-Tehran-İstanbul dəmir yolu nəqliyyatı yenidən başlayıb

Pakistan, İran və Türkiyə arasında "İslamabad-Tehran-İstanbul Yük Qatarı Layihəsi" dekabrın 21-də İslamabaddan yola düşən qatarla yenidən başlayıb.

1750707
İslamabad-Tehran-İstanbul  dəmir yolu nəqliyyatı yenidən başlayıb
islamabad-tahran-istanbul tren.jpg
islamabad-tahran-istanbul tren.jpg
islamabad-tahran-istanbul tren.jpg
islamabad-tahran-istanbul tren.jpg

Pakistan, İran və Türkiyə arasında "İslamabad-Tehran-İstanbul Yük Qatarı Layihəsi" dekabrın 21-də İslamabaddan yola düşən qatarla yenidən başlayıb.

"İslamabad-Tehran-İstanbul Yük Qatarı Layihəsi" üçün Pakistanın paytaxtı İslamabadda Marqalla Qatar Stansiyasında mərasim keçirilib.

Mərasimdə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi, dəmir yolları naziri Məhəmməd Əzəm Xan Svati, Türkiyənin İslamabaddakı səfiri İhsan Mustafa Yurdakul, İranın İslamabaddakı səfiri Məhəmməd Əli Hüseyni, İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmiləri və başqa qonaqlar iştirak ediblər.

Qureşi burada verdiyi açıqlamada bu addımı tarixi adlandırıb və bunun bölgədə ticarət və biznes üçün yeni yollar açacağını bildirib.

Layihənin təkcə üç ölkə arasında ticarəti inkişaf etdirməyəcəyinə diqqət çəkən Qureyşi Avropa ilə də yeni ticarət yollarının açıla biləcəyinə diqqət çəkib.

Türkiyənin İslamabaddakı səfiri Yurdakul İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində çox mühüm addım atıldığını vurğulayaraq, "Bu layihə uzun müddətdir gündəmdədir. Ölkələr arasındakı ikitərəfli əməkdaşlığı, iqtisadi və ticarət mübadiləsini inkişaf etdirən addım olacaq" deyib.

Yurdakul İslamabaddan yola düşən qatarın İstanbulda dayanmaması lazım olduğuna diqqət çəkərək, qatarın Avropaya bağlanmasının vacibliyini dilə gətirib.

2009-cu ildə üç ölkə arasında həyata keçirilən layihə Pakistandakı gecikmələr səbəbindən 2011-ci ildə dayandırılıb.

Sözmövzusu layihədə dəmiryolunun məsafəsi 6 min 543 kilometrdən ibarətdir.



Әlaqәli Xәbәrlәr