Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib

Növbəti Dünya İqtisadi Forumunun vaxtı yay mövsümünə keçirilib.

1750222
Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib

Koronavirus pandemiyası səbəbilə İsveçrənin Davos şəhərində gələn il yanvarın 17-21-də keçirilməli olan Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib.

Təşkilatçılar hazırda virusa yoluxmaların artması fonunda insanların şəxsən bir araya gəldiyi beynəlxalq tədbirin keçirilməsinin çətinləşdiyini bəyan ediblər.

Yayılan məlumata görə, hər ilin yanvar ayında baş tutan tədbir gələn il yay mövsümünün əvvəlində keçiriləcəkdir.

Qeyd edək ki, 2021-ci ildə Dünya İqtisadi Forumunun vaxtı əvvəlcə təxirə salınmış, əvvəlcə mayda, daha sonra isə avqust ayında Sinqapurda keçiriləcəyi elan edilmişdi. Nəticədə yoluxmaların artımını nəzərə alaraq birbaşa iştirak əsasında forumun keçirilməsindən imtina edilmişdi.



Әlaqәli Xәbәrlәr