Ayaqqabı ixracında rekord artım

Türkiyənin ayaqqabı ixracı 10 ayda 2020-ci ilin müvafiq dövrünə müqayisədə 23% artaraq 852 milyon dollara çatıb.

1737117
Ayaqqabı ixracında rekord artım

Türkiyə Ayaqqabı İstehsalçıları Birliyindən bu barədə məlumat yayılıb. Bildirilib ki, ayaqqabı ixracında artım sürətlə davam edir. İxrac həcmi Yanvar-oktyabr dövründə 23% artıb. Bu dövrdə 852 milyon dollarlıq ixrac reallaşıb. Oktyabr ayındakı artım isə 14% olub. Sözü gedən ayda 87 milyon dollarlıq ayaqqabı ixrac edilib.


Etiketlәr: #Ayaqqabı ixracı

Әlaqәli Xәbәrlәr