Mustafa Varank: “Türkiyəni dünyənin ən əhəmiyyətli istehsal bazasına çevirməyə çalışırıq”

Sənaye və Texnologiya naziri Mustafa Varank Türkiyəni ən əhəmiyyətli istehsal bazalarından birinə çevirmək istədiklərini söyləyib.

1734047
Mustafa Varank: “Türkiyəni dünyənin ən əhəmiyyətli istehsal bazasına çevirməyə çalışırıq”

Mustafa Varank, Sakaryada alüminium sektorunda fəaliyyət göstərən ASAŞ Alüminium Fabrikinə baş çəktib.

Varank aparılan işlər ilə əlaqəli məlumat aldıqdan sonra verdiyi açıqlamada fabrikin Türkiyənin alüminium sənayesinin ən əhəmiyyətli şirkətlərindən biri olduğunu bildirdi.ASAŞ-ın alüminium sənayesinin rels sistemlərindən alüminium folqaya qədər hər cür məhsul istehsal edən, Türkiyənin ilk 100 şirkəti arasında olan, keçən il 550 milyon dollar dövriyyəyə malik, 90-dan çox ölkəyə ixrac reallaşdıran bir şirkət olduğunu vurğulayıb. Türkiyəni əlavə dəyər istehsal edən böyüyən bir ölkə mövqeyinə qovuşdurmaq istədiklərini ifadə edən Varank: “ASAŞ istehsal etdiyi məhsullar ilə böyük əlavə dəyər yaradır. Yeni kapitallar qoyaraq ölkəmizin iqtisadiyyatına töhfə verməyə davam edəcək”-deyib.



Әlaqәli Xәbәrlәr