Türkiyənin sitrus meyvələri ixracı 9 ayda 427 milyon dollara çatıb

Türkiyənin sitrus meyvələri ixracı ilin 9 ayında bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artaraq 427 milyon 29 min dollara çatıb.

1723572
Türkiyənin sitrus meyvələri ixracı 9 ayda 427 milyon dollara çatıb

Türkiyənin sitrus meyvələri ixracı ilin 9 ayında bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artaraq 427 milyon 29 min dollara çatıb.

Aralıq dənizi İxracatçıları Birliklərinin (AKİB) məlumatlarına əsasən, keçən ilin yanvar-sentyabr dövründə 727 min 601 ton olan sitrus meyvələri ixracı cari ilin müvafiq dövründə 15 faiz artaraq 840 min 216 ton olub.

Ötən ilin 9 ayında sektorun reallaşdırdığı 373 milyon 678 min dollarlıq ixrac satışı, 2021-ci ilin yanvar-sentyabr dövründə 14 faiz artaraq 427 milyon 29 min dollara çatıb.

Yanvar-sentyabr dövründə sektorun ən çox ixrac etdiyi məhsul sözügedən dövrdə 48 faiz artımla 184 milyon 30 min dollar gəlir əldə edilən limon olub.

Limonu 146 milyon 775 min dollarla naringi, 51 milyon 257 min dollarla qreypfrut və 44 milyon 798 min dollarla portağal izləyib.

Türkiyənin bu dövrdə ən çox sitrus meyvələri göndərdiyi ölkələr 150 milyon 456 min dollarla Rusiya, 71 milyon 959 min dollarla İraq, 32 milyon 438 min dollarla Ukrayna olub.

Suriya isə yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ən çox ixrac artımına malik ölkə olub.

Suriyaya keçən ilin eyni dövrü ilə müqayisədə 528 faiz artımla 6 milyon 56 min dollarlıq ixrac reallaşıb.



Әlaqәli Xәbәrlәr