Türkiyənin ümumi ixrac həcmi artıb

Türkiyənin ixracat həcmi Avqust ayında ötən ilin müvafiq dövrünə müqayisədə 52% artaraq 18,9 milyard dollara çatıb.

1701429
Türkiyənin ümumi ixrac həcmi artıb

Ticarət naziri Mehmət Muş bu barədə danışıb.Nazir qeyd edib ki, Avqust ayında ixracat həcmi 18,9 milyard dollara çatıbki bu da bütün müvafiq dövrlərin ən yüksək rəqəmi hesab edilir. Muşun sözlərinə görə 12 aylıq ixracatda 207,5 milyard dollarla Respublika dövrünün yeni rekordu qırılıb.

Yanvar-avqust dövründə ixracat həcminin 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq 140,2 milyard dollara çatdığına diqqət çəkən Muş, bunun ilin sonu etibari ilə 210 milyard dollara çatacağını proqnozlaşdırdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr