"Türkali-2"-də ilk quyu axış sınağı tamamlanıb

"Sakarya" yatağındakı "Türkali-2" kəşf quyusunda ilk quyu axış sınağı uğurla başa çatıb.

1682143
"Türkali-2"-də ilk quyu axış sınağı tamamlanıb

"Sakarya" yatağındakı "Türkali-2" kəşf quyusunda ilk quyu axış sınağı uğurla başa çatıb.

Türkiyə Neft Şirkəti (TPAO) tərəfindən verilən məlumata görə, Qara dənizin qərb bölgəsindəki "Sakarya" yatağında "ultra dərin dəniz" də yerləşən "Türkali-2" kəşf quyusunda ilk qaz axışı uğurla həyata keçirilib.

İlk sınaqdan keçirilmiş rezervuar səviyyəsindən gündə 0,75 milyon kubmetr təbii qaz axışı təmin edildikdə, analiz nəticələri göstərir ki, rezervuar gündəlik 1,2 milyon kubmetr istehsal gücünə malikdir.

Fəaliyyət dövründə quyuda daha iki ayrı sınaq keçiriləcək.

İlk təbii qazın 2023 -cü ildə Filyosda qurulacaq təbii qaz emalı qurğusuna çatması planlaşdırılır.

"Türkali-2"-də 2 min 154 metr su dərinliyində, 3 min 950 metr son dərinliyə qədər qazma işləri aparılmışdır. Sahədəki quyu axışı testləri 2020 -ci ildə TPAO inventarına qoşulan "Kanuni" qazma gəmisi tərəfindən aparılır.



Әlaqәli Xәbәrlәr