Türkiyənin qırmızı istiot ixracı artıb

Bu ilin 6 ayında Türkiyədən 96 ölkəyə 4 milyon 730 min dollarlıq qırmızı istiot ixrac edildi.

1678274
Türkiyənin qırmızı istiot ixracı artıb

Bu ilin 6 ayında Türkiyədən 96 ölkəyə 4 milyon 730 min dollarlıq qırmızı istiot ixrac edildi.

Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin (GAİB) məlumatına görə, keçən il 107 ölkəyə 7 milyon 637 min dollarlıq qırmızı istiot ixrac edildi.

Keçən ilin yanvar-iyun dövründə 3 milyon 236 min dollar olan qırmızı istiot ixracı cari ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artaraq 4 milyon 730 min dollara çıxıb.

Cari ilin birinci rübündə Almaniya, Hollandiya, İngiltərə, İraq, ABŞ, Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Kuba, Paraqvay, Liviya, Kanada, Oman, Yaponiya, İordaniya, Efiopiya, Misir, Malta və Keniyanın da daxil olduğu 96 ölkəyv qırmızı istiot satılıb.

Qırmızı istiot ixracında 1 milyon 236 min dollar ilə Almaniya birinci yeri alıb.

Bu ölkəni 869 min dollarla Niderland, 448 min dollarla İngiltərə izləyib.


Etiketlәr: #qırmızı istiot

Әlaqәli Xәbәrlәr