Püstə ixracında rekord artım

2021-ci ilin ilk altı ayında Türkiyənin püstə ixracı ötən ilin müvafiq dövrünə müqayisədə 136% artıb.

1676352
Püstə ixracında rekord artım

Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin hesabatına görə Keçən ilin yanvar-iyun dövründə püstə satışından 36 milyon 186 min dollar gəlir əldə edilib. Hesabatda bildirilib ki, bu ilin ilk altı ayında 105 ölkəyə reallaşdırılan məhsul ixracı isə ötən ilin müvafiq dövrünə müqayisədə 136% artaraq 85 milyon 433 min dollar olub. İlin birinci rübündə aralarında Kanada, Portuqaliya, Mərakeş, Yaponiya, Hindistan, Malayziya, Maldivlər, Kuba və Rusiyanın da iştirak etdiyi 105 ölkəyə 8319 ton püstə satılıb. Türkiyədən ən çox püstə ixrac edilən ölkələrin başında İtaliya ilk sırada yer tutarkən, Bu ölkəni sırası ilə Almaniya və İsrail izləyib.



Әlaqәli Xәbәrlәr