Türkiyədə əcnəbilərə satılan mənzil sayında rekord artım

2021-ci ilin ilk altı ayında əcnəbilərin Türkəyədə satın aldıqları mənzil sayında rekard artım qeydə alınıb.

1674021
Türkiyədə əcnəbilərə satılan mənzil sayında rekord artım

Türkiyə Dövlət Statistika Komitəsinin hesabatına görə bu il əcnəbilərə satılan məskən sayı ötən ilə müqayisədə 44% artaraq 20 min 488-ə yüksəlib ki, bu da bütün zamanların yanvar-iyun tarixlərinə müqayisədə ən yüksək nisbət qəbul edilir. Hesabatda qeyd edilib ki, yanvar ayında 2 min 675, fevral ayında 2 min 964, mart ayında 4 min 248, aprel ayında 4 min 77, may ayında 1776 və iyun ayında isə 4 min 748 satış reallaşıb. Bu da əcnəbilərə ev satışlarında ötən ilin müvafiq dövrünə müqayisədə 44% faiz artım olduğunu göstərir. Keçən il ilk ayında xaricilərə satılan toplam məskən sayı 14.262 idi. 2021-ci ildə əcnəbilərə ən çox İstanbulda (10 min 108) ev satılarkən, bu şəhəri 3 min 990 mənzil sayı ilə Antalya, 1276 ilə Ankara, 951 ilə Mersin, 584 ilə Yalova izləyib. Ən çox ev satın alan əcnəbilər arasında sırası ilə İran vətəndaşları (3 min 70 ədəd), İraqlılar (3 min 19 ədəd), Rusiya (1 759 ), Əfqanıstan (1277) Almaniya (726) vətəndaşları iştirak edir.



Әlaqәli Xәbәrlәr