Antaliyaya gələn turist sayında rekord artım

2021-ci ilin ilk altı ayında dünyanın əhəmiyyətli turizm mərkəzlərindən Antalyaya gələn turist sayı 1 milyon 551 min 633-ə çatıb.

1671484
Antaliyaya gələn turist sayında rekord artım

Ev sahibliyi etdiyi turist sayına görə “turizm paytaxtı” olaraq xarakterizə olunan şəhər, dəniz, qum, günəşi ilə yanaşı tarixi abidələri və təbii gözəllikləri, mədəni quruluşları, köhnə şəhərləri, lüks yaşayış imkanları və otelləri ilə dünyanın müxtəlif ölkələrindən gələn turistlərə ev sahibliyi edir.

Hər il milyonlarla turisti qəbul edən Antalya, Nazirliyin koordinasiyası ilə yeni növ koronavirus (Kovid-19) epidemiyası dövründə başladılan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində sağlam və təhlükəsiz tətil fürsəti təqdim edir.

Epidemiya əleyhinə mübarizə çərçivəsində sərt tədbirlərin həyata keçirildiyi müəssisələrdə, müxtəlif ölkələrdən gələn qonaqlar sağlam və təhlükəsiz tətil keçirirlər.

Şəhər Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, epidemiya və ölkələrin tətbiq etdikləri uçuş məhdudiyyətlərinə baxmayaraq, yanvar-iyun aylarında Antalyanı 1 milyon 551 min 633 turist ziyarət edib.

 



Әlaqәli Xәbәrlәr