Kazablanka ilə Antalya arasında birbaşa uçuş həyata keçiriləcək

"Royal Air Maroc" (RAM) Kasablanka şəhərindən birbaşa uçuş reallaşdırdığı ölkə xarici səfərlərinə Antalyanı da əlavə edib.

1664670
Kazablanka ilə Antalya arasında birbaşa uçuş həyata keçiriləcək

"Royal Air Maroc" (RAM) Kasablanka şəhərindən birbaşa uçuş reallaşdırdığı ölkə xarici səfərlərinə Antalyanı da əlavə edib.

"Royal Moroccan Airlines"in "Facebook" səhifəsində yer alan açıqlamada Kasablankadaki V Məhəmməd Hava Limanından Antalyaya birbaşa uçuşların 11 iyul tarixindən etibarən başlayacağı bildirilib.

Açıqlamada Kasablanka ilə Antalya arasında planlı uçuşların sayı barədə isə məlumat verilməyib.

Kasablanka-Antalya xətti Mərakeş ilə Türkiyə arasındakı 3-cü birbaşa uçuş xətti olacaq. İki ölkə arasında 2005-ci ildə Kasablanka-İstanbul, 2019-cu ildə isə Marakeş-İstanbul xətti istifadə verilib.



Әlaqәli Xәbәrlәr