Fransa Avropa İttifaqından borc alacaq

Fransa iqtisadiyyatını xilas etmək planı üçün Avropa İttifaqından (Aİ) 39,4 milyard avro borc alacaq.

1664171
Fransa Avropa İttifaqından borc alacaq

Fransa iqtisadiyyatını xilas etmək planı üçün Avropa İttifaqından (Aİ) 39,4 milyard avro borc alacaq. 

Fransanın xilasetmə planı Aİ Komissiyası tərəfindən təsdiqlənib.

Fransa Prezidenti Emmanuel Makron Elysee Sarayında Aİ Komissiyasının sədri Ursula von der Leyen ilə keçirdiyi mətbuat konfransında plan çərçivəsində 2026-cı ilə qədər Aİ-dən 39,4 milyard avro borc alınacağını bildirib.

Aİ Komissiyasının sədri von der Leyen də Komissiyanın Fransa iqtisadiyyatını qurtarma planını təsdiqlədiyini ifadə edərək, planın Fransa iqtisadiyyatının ekologiya uyğun və rəqəmsal dəyişikliyini təmin edəcəyini söyləyib.

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Aİ borcunun ilk hissəsinin iyul ayında 5 milyard avro olaraq alınacağınıifadə edib.

Fransa hökuməti 39,4 milyard dolları Ai-dən birbaşa alınacaq yardımla maliyyəşdiriləcək cəmi 100 milyard avroluq iqtisadiyyatı xilasetmə planı hazırlamışdı.



Әlaqәli Xәbәrlәr