Mustafa Varank Ağrı vilayətində qızıl və gümüş ehtiyatı aşkarlandığını bildirib

Sənaye və texnologiya naziri Mustafa Varank Ağrı vilayətinin Mollakara mahalında bazar dəyəri 1,2 milyard dollar olan 20 ton qızılın və bazar dəyəri 2,8 milyon dollar olan 3,5 ton gümüş ehtiyatının olduğunu bildirib.

1655457

Nazir Varank Koza Qızıl İşləri şirkətinin Ağrı Mollakara obyektində təməlqoyma mərasimindəki çıxışında, müəssisənin təxminən 160 milyon dollarlıq bir investisiya ilə tamamlanacağını, Ağrının inkişafını sürətləndirəcəyini və bunun Türkiyənin gücünə güc qatacağını söyləyib.

Türkiyənin bu gün dünyada az sayda qızıl istehsalçısı arasında olduğunu vurğulayan Varank pandemiyaya baxmayaraq, keçən il 18 aktiv mədəndə 42 ton qızıl istehsal olunduğunu qeyd edib. 

Varank bazar dəyəri 1,2 milyard dollar olan 20 ton qızılın və bazar dəyəri 2,8 milyon dollar olan 3,5 ton gümüş ehtiyatının Ağrı Mollakarada Koza Qızıl şirkəti tərəfindən aşkar edildiyini bildirib.

Ehtiyatın ekoloji cəhətdən səmərəli şəkildə iqtisadiyyata qazandırılmasına imkan yaradacqalırını söyləyən Varank müəssisənin istismar müddətində 500, dolayı yolla 2000 insanı işlə təmin edəcəyini vurğulayıb.

Varank müəssisədəki ilk qızıl tökmə prosesinin 2022-ci ilin son rübündə baş verəcəyini gözlədiklərini bildirib.

Әlaqәli Xәbәrlәr