Türkiyənin avtomobil sənayesi ixracatı 2021-ci ilin may ayında

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə...

1652715
Türkiyənin avtomobil sənayesi ixracatı 2021-ci ilin may ayında

 

  Türkiyə ixracatının son 15 ildir sektorlara görə birincisi olan avtomobil sənayesi 2021-ci ilin may ayında ötən ilin eyni dövrülə müqayisədə 56,5 faiz artımla 1,9 milyard dollarlıq ixracata imza atıb.

  Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə, mayda tədarük sənayesində minik avtomobilləri, avtobus, mikroavtobus və midibüs ixracatı cüt xanalı rəqəmlər əldə edib.

  İlin ilk 5 ayında avtomobil sənayesi ixracatı keçən ilin eyni dövrünə görə, 37 faiz artımla 12 milyard dollarlıq olub.

  Avtomobil sənayesinin ən böyük bazarı Almaniyaya mayda keçən ilin eyni ayı ilə müqayisədə 75 faiz artımla 318 milyon dollarlıq ixracat edilib.

  İkinci böyük bazar Fransaya 67 faiz artımla 241 milyon dollarlıq məhsul göndərilib.

  Üçüncü böyük bazar İtaliyaya xarici satış isə 92 faiz artımla 133 milyon dollara çatıb.



Әlaqәli Xәbәrlәr