Türkiyənin Orta Şərq ölkələrinə ixracı ilk beş ayda 10 milyard dolları keçib

Türkiyənin Orta Şərq ölkələrinə ixracı yanvar-may dövründə keçən ilinmüvafiq dövrü ilə müqayisədə 15,2 faiz artaraq 10 milyard 44 milyon 538 min dollara çatıb.

1652180

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ixracı ilin ilk beş ayında keçən müvafiq dövrü ilə müqayisədə 38,3 faiz artaraq 61 milyard 598 milyon 987 min dollardan 85 milyard 219 milyon 653 min dollara yüksəlib.

May ayında Orta Şərq ölkələrinə keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq 1 milyard 776 milyon 194 min dollarlıq ixrac reallaşıb. İlin ilk beş ayında Orta Şərq ölkələrinə ən çox kimyəvi məhsullar, taxıl, paxlalılar, yağlı toxumlar və məhsulları ilə polad ixrac edildi.

Yanvar-may dövründə Orta Şərq ölkələrinə kimyəvi maddələr və məhsullar, taxıl, paxlalılar, yağlı toxum və məhsullar və polad ixracın payı 40 faiz olub.

Sözügedən dövrdə Orta Şərq ölkələrinə 1 milyard 474 milyon 531 min dollarlıq kimyəvi maddə və məhsul ixrac edilib, 1 milyard 313 milyon 621 min dollarlıq taxıl, paxlalılar, yağlı toxum və məhsullar və 1 milyard 180 milyon 113 min dollarlıq polad ixrac edilib.

Orta Şərq ölkələrinin Türkiyənin ixracından aldığı pay ilin ilk beş ayında 11,79 faiz təşkil edib.

Әlaqәli Xәbәrlәr