İstanbula gələn xarici turist sayı mart ayında artıb

İstanbula gələn xarici turist sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,85 faiz artıb.

1636324
İstanbula gələn xarici turist sayı mart ayında artıb

İstanbul valisi Əli Yerlikaya mart ayında İstanbula gələn xarici turist sayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,85 faiz artdığını və 545 min 608-ə çıxdığını bildirib.
Valilik tərəfindən verilən açıqlamaya görə, Əli Yerlikaya turizm sektorunun nümayəndələri ilə bir araya gəldiyi yığıncaqda İstanbulda turizm sektorunu qiymətləndirib.
Yerlikaya iclasda dünyanın 14-cü böyük şəhəri olan İstanbulun böyük turizm potensialına sahib olduğunu və İstanbulun həm tarixi, həm də mədəni baxımdan dünyanın ən böyük turizm mərkəzlərindən biri olduğunu bildirib və son statistik məlumatların da şəhərə gələn xarici turist sayının keçən il ilə müqayisədə aratacağına işare etdiyini vurğulayıb.

İstanbulun bu sahədəki mart 2021 məlumatlarını da paylaşan Yerlikaya "2021-ci ilin mart ayında İstanbula gələn xarici turist sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 45,85 faiz artaraq 545 min 608-ə çatıb. İstanbulu ziyarət edən xarici turistlər arasında Rusiya 87 min 485, İran 56 min 108, Almaniya 42 min 494 turistlə ilk üçlükdə yer aldı" deyib.



Әlaqәli Xәbәrlәr