Gəmi və yaxta ixracında rekord artım qeydə alınıb

Türkiyədə  2020-ci ilin aprelində gəmi və yaxta sektorunun reallaşdırdığı  28 milyon 954 min dollarlıq  ixrac, cari ilin müvafiq dövründə 279,6% artaraq 109 milyon 912 min dollara çatıb.

1633624
Gəmi və yaxta ixracında rekord artım qeydə alınıb

Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına  görə  gəmi və yaxta ixracı  Türkiyənin ümumi ixrac  həcminin 0,6%-ni  təşkil  edir.  Gəmi və yaxta sənayesi keçən ay 74 ölkəyə ixrac reallaşdırıb. Bu  ölkələrin  başında  Norveç  iştirak  edib.

Hesabatda  bildirilib  ki,  Aprel ayında Norveçə 45 milyon 612 min dollarlıq  ixrac reallaşıb. Bu  ölkənin  15 milyon 349 min dollarla Rumıniya, 8 milyon 489 min dollarla Estoniya, 7 milyon 508 min dollarla Marşall Adaları, 7 milyon 204 min dollarla İslandiya izləyib.

 



Әlaqәli Xәbәrlәr