Türkiyəyə üç ayda gələn turist sayı

Türkiyəyə bu ilin ilk 3 ayında 2 milyon 689 min turist gəlib.

1631493
Türkiyəyə üç ayda gələn turist sayı

Türkiyəyə bu ilin ilk 3 ayında 2 milyon 689 min turist gəlib. 

Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, gələnlərin 1 milyon 953 min 86 nəfəri xarici turist və 736 min 900-ü isə xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşdır.

İlk 3 ayda 2 milyard 452 milyon 213 min dollar turizm gəliri əldə edilib.

Bu dövrdə Türkiyəyə ən çox turist göndərən ölkə 395 min 915 nəfərlə Rusiya Federasiyası olub. Bu ölkəni 152 min 923 turistlə İran və 130 min 897 nəfərlə Almaniya izləyib. Almaniyadan sonra növbə ilə Bolqarıstan və Ukraynadan Türkiyəyə turist gəlib. 

Mədəniyyət və Turizm Nazirliyinin sərhəd keçid məntəqələrindən giriş və çıxış statistikasına görə, mart ayında Türkiyəyə 905 min 323 xarici qonaq gəlib. Türkiyədə bir əvvəlki ilin müvafiq ayı ilə müqayisədə turizmdə  26,07 faiz artım olub.



Әlaqәli Xәbәrlәr